Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, Priqojinin sağ əli kimi tanınan "Vaqner"in komandiri Dmitri Utkin də ölənlər arasında olub.
Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb.
















