• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər

İDMAN

06 Aprel 2024 | 01:10 | Müəllif: Subhan Mahmudov

PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər

Fransanın PSJ klubu gələn yay “Real Madrid”ə keçmək ehtimalı olan Kilian Mbappenin əvəzinə həmin komandanın vingeri Vinisius Junioru istəyir.

Bakıvaxtı.az-ın məlumatına görə, parislilər “Real”a 200 milyon avro ödəməyə hazırdırlar.

Bildirilir ki, İngiltərənin “Liverpul” və “Çelsi” klubları da Vinisiusla maraqlanırlar.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 28 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur. Vinisiusun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR