• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Görüşləri saat yarım davam etdi - YENİLƏNİB

DÜNYA

27 Aprel 2026 | 20:17

Görüşləri saat yarım davam etdi - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə İranın Ali Rəhbərindən məktub aldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya lideri ötən həftə İranın Ali Rəhbəri Müctəba Xameneidən məktub aldığını qeyd edib.

O vurğulayıb ki, Moskva Tehranla strateji tərəfdaşlığını davam etdirmək niyyətindədir, İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun hərəkət edəcək.

Əraqçi İran ilə Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və möhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, İran xalqı xarici təzyiqlərə müqavimət göstərməyə qadirdir və öz maraqlarını müdafiə etməyə davam edəcək.

 

***17:09

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.

İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR