Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna prezidentlərinin görüşü nəticə olduqdan sonra mümkündür: "Bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər.
















