• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pxenyandan şok: Nüvə müharibəsi qaçılmazdır

DÜNYA

28 Yanvar 2024 | 13:12 | Müəllif: Subhan Mahmudov

Pxenyandan şok: Nüvə müharibəsi qaçılmazdır

ABŞ-ın təxribatçı hərəkətləri ona gətirib çıxardı ki, Koreya yarımadasında vəziyyət təhlükəli həddə çatdı və müharibənin dünya nüvə müharibəsinə çevrilməsi perspektivi real oldu.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Əmək Partiyasının rəsmi orqanı olan “Nodon sinmun” qəzeti yazıb.

“Pxenyanda hesab edirlər ki, ABŞ dünyanın hər yerində toqquşmalara səbəb olur və bu hərəkətlər yeni dünya müharibəsinin başlanmasına gətirib çıxarır. Bu gün Koreya yarımadasında təhlükəsizlik vəziyyəti daha təhlükəli həddə çatır və “müharibə” sözü reallığa çevrilir. Koreya yarımadasında müharibə olarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”, - məqalədə qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026