AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva Avropa çempionatının finalına təyinat alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. Z. Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.
AFFA rəsmisi A qrupunun İsveç - Polşa (27 iyun), Bosniya və Herseqovina - İsveç (30 iyun), Polşa - Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya - İslandiya (28 iyun), Avstriya - İsveçrə (1 iyul) və İspaniya - Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.
UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.
Bakı 



