• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qarabağ müəllimləri ilə bağlı layihənin açılış olub  

CƏMİYYƏT

17 Oktyabr 2022 | 15:29

Qarabağ müəllimləri ilə bağlı layihənin açılış olub

15 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, açılış Bərdə rayon Qazaxlar kənd tam orta məktəbdə baş tutub.

Açılışda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) sədri Rüfət Əsədzadə, Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktoru Elşən Məmmədov, Elm və Təhsil Nazirliyinin layihə eksperti Solmaz İsmayılova, Ağcabədi koordinatoru Vüsalə Əliyeva, məktəb direktorlar və gənc müəllimlər iştirak edib.

Layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək. 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026