• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qarabağ üzrə Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb

SİYASƏT

17 Avqust 2021 | 20:46 | Müəllif: Subhan Mahmudov

Qarabağ üzrə Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb.

Bu barədə Bakıvaxtı.az Rusiya hökumətinin saytına istinadən xəbər verir.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət Üçtərəfli İşçi qrupun yaradılması qərara alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026