• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarğışlarınız öz başınızda çatlasın" - Aktrisadan onu tənqid edənlərə cavab 

MƏDƏNİYYƏT

11 Aprel 2022 | 18:09 | Müəllif: Subhan Mahmudov

"Qarğışlarınız öz başınızda çatlasın" - Aktrisadan onu tənqid edənlərə cavab

Aktrisa Ülviyyə Xəlilbəyli bir TikTok videosuna görə onu tənqid edənlərə cavab verib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib.

Ülviyyə bildirib ki, paylaşımını səhv başa düşüblər:

"Sözüm bəzi cahillərədir. Mən heç bir şərh bildirməmişəm. Səs isə mənə aid deyil. Sadəcə hamı kimi parodiya etmişəm. O tərbiyənin də sahibi deyiləm ki, kimisə lağa qoyum. Qəndlə çay içmək isə zövq məsələsidir. Videonu çəkəndə heç düşünməmişdim ki, bu qədər səhv yerə yozarlar.

Qarğışlarınız da, təhqirləriniz də öz başınızda çatlasın. Ürəyimi Allah görür, bəsimdir. Sizin kimi bir işə yaramayan, qara düşüncəli insancıqları Allah islah etsin. Bol-bol günahımı aldınız. Çox sağ olun, sayənizdə trendə düşdüm".

Qeyd edək ki, sənətçinin paylaşdığı videoda qəndlə çay içməklə bağlı danışan bir xanımın səsi yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026