• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Qəbul etdiyimiz qanunlar praktikada işləmir" - Fazil Mustafa

CƏMİYYƏT

29 Noyabr 2022 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

"Qəbul etdiyimiz qanunlar praktikada işləmir" - Fazil Mustafa

“Həmkarım Zahid Oruc qeyd etdi ki, bu gün Murtuza Muxtarov, Hacı Zeynalabdin Tağıyev yaşasa idi, Qarabağa vəsait ayırardı. Düşünürəm ki, ayırmazlardı, necə ayırsınlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustrafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

F.Mustada fikrini sahibkarlarla bağlı minlərlə etiraz müraciətlərinin olması ilə əlaqələndirib: "Onların işləri məhkəmə və icra orqanlarının arasında qalıb. Pandemiya və böhrandan yaranan problemlər də kifayət qədərdir".

Deputat bildirib ki, qəbul etdikləri kiçik və orta biznesə dəstək qanunları isə praktikada işləmir: "Kimin çevrəsi varsa, onun problemləri həll olunur. Bundan əlavə, ombudsmana yüzlərlə müraciət var. Ombudsman müraciətləri sənədləşdirib müvafiq orqanlara göndərsə də, problem öz həllini tapmır. Ona görə də, ombudsmana geniş səlahiyyətlər verməliyik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026