• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəzzada 11 mərtəbəli bina dağıdılıb - İsrail təsdiqlədi

DÜNYA

15 May 2021 | 20:12

Qəzzada 11 mərtəbəli bina dağıdılıb - İsrail təsdiqlədi

İsrail ordusu bu gün Qəzza zolağında onbirmərtəbəli binaya aviazərbələr endirdiyini təsdiqləyib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrailin qırıcı təyyarələri HƏMAS terror təşkilatının kəşfiyyat xidmətlərinə məxsus hərbi texnikanın saxlanıldığı çoxmərtəbəli binaya zərbə endiriblər. Binada HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi media ofisləri də yerləşirdi", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail ordusu əvvəlcədən binadakı mülki insanlara xəbərdarlıq edib və onların təxliyəsi üçün vaxt verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026