• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

QHT-lər üçün metodik vəsait çap edilib

CƏMİYYƏT

18 Noyabr 2022 | 18:14 | Müəllif: Qalib İbrahimoğlu

QHT-lər üçün metodik vəsait çap edilib

Siyasi Texnologiyalar Mərkəzi İctimai Birliyi “QHT-lərin KİV və sosial şəbəkələrdə işləmək bacarıqlarının artırılması” adlı kitab nəşr etdirib.

Bakıvaxtı.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Hamı işini görsün” layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabda QHT-lərin media ilə əlaqələri və sosial mediadan istifadə zamanı qarşılaşdıqları problemlərlə bağlı Mərkəzin həyata keçirdiyi araşdırmanın nəticələri, QHT-lərin kommunikasiya strategiyaları və kommunikasiya kanalları, hədəf kütlələrinin müəyyənləşdirilməsi metodları, sosial şəbəkələrdə səmərəli fəaliyyətin yolları və s. bu kimi məsələlər öz əksini tapıb.

Kitabın müəllifi, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Paris) Ekspertlər Şurasının üzvü Vəli Əlibəyovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR