Qırğızıstanın Isıqgöl vilayətinin Öttük kəndindən 5 kilometr aralıda 5 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan gecə saatlarında silkələnib. Qırğızıstan Seysmolologiya İnstitutunun verdiyi məlumata görə, yerli vaxtla saat 02:41-də Isıqgöl vilayətinin Öttük kəndindən 5 kilometr məsafədə 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin şiddəti Öttük və Qazan-Quyqan kəndlərində 5 bal; Cerge-Tal, Qızıl-Cıldız, Eçki-Başı və Emgekçil kəndlərində 4 bal; Quybışeva, Şoro, Vosmoye Marta, Ağ-Tala, Dostluq, Can-Bulaq, Min-Bulaq, Calqız-Tərəк, Orta-Saz, Ağ-Qıya, Orta-Nura, Keneş kəndlərində və Narın şəhərində isə 3 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində tələfat, xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
Zeynəb Rzayeva
Bakı 



