• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qızımı repçi Epi qaçırıb” – Səmanın anası Xoşqədəmdən kömək istədi

MƏDƏNİYYƏT

20 Iyun 2023 | 13:06 | Müəllif: Qalib İbrahimoğlu

“Qızımı repçi Epi qaçırıb” – Səmanın anası Xoşqədəmdən kömək istədi

 “Qızımın evdən getməsinə tanınmış reper Epi (Əkbər Novruzlu) səbəb olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iyunun 12-də itkin düşən Səma Qarayevanın anası Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində deyib.

Ana iddia edir ki, uzun müddətdir reper onun qızıyla danışırmış və onu evdən qaçmağa sövq edib: “Telefonu söndürüb qaçır. Əkbər deyilən biridir. Qızımı istəmir. Deyib ki, axırıncı dəfə onu “Gənclik”də qızıl mağazasının yanına qoydum. Qızım onu instaqramdan tanıyıb. 1 ilə yaxındır o adıbatmışı tanıyıb. 16 yaşında salonda işləyirdi. Çıxardım ki, uşağım tez aldanandır. Nömrələrini qırdım, yenə də uşağımdan əl çəkmədi. Mənim qızım evdə nə oldu, ona xəbər edirdi. Bilmirəm hara aparıb. Niyə mənim uşağıma köməklik edib? İşləmək, sərbəst olmaq istəyirdi. Qızım dedi ki, Epi məni istəyir. Dedim ki, istəyə bilməz”. Reperin onun qızından 10 yaş böyük olduğunu deyən ananın iddiasına görə, Əkbər oğluna da hədə-qorxu gəlir. Onun sözlərinə görə, reper Polis Şöbəsinə çağırılıb, izahat yazıb sərbəst burasılıb: “O, Polis Şəbəsində mənim xınayaxdım var, atamın ayağını kəsirlər, maşınımı vurmuşam, 11 min xərcə düşmüşəm deyə izahan yazıb. Uşağımı tanıya bilmirəm, narkoman gününə salıb. Qızımı yeməyə çağırıb, çek Səmanın cibindən çıxır. Yuxumdan çıxmır, onu haradasa saxlayır. Deyib ki, 4 evim var. Qızım o evlərdən birindədir”.

X.Hidayətqızı və verilişdəki ekspertlər Epinin verilişə qatılıb aydınlıq gətirməsini istəyiblər.

Qeyd edək ki, reperin fanatları isə onun bu xəbərinə "Neynəmisən sən, Epi", "Epinin o qıza ehtiyacı yoxdu, ətrafı dolu qızdı" kimi şərhlər yazıblar.

Xəyalə Rza


“Qızımı repçi Epi qaçırıb” – Səmanın anası Xoşqədəmdən kömək istədi“Qızımı repçi Epi qaçırıb” – Səmanın anası Xoşqədəmdən kömək istədi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026