• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Qoca Səmədovun səhhətindən YENİ XƏBƏR

CƏMİYYƏT

22 May 2023 | 11:06

Qoca Səmədovun səhhətindən YENİ XƏBƏR

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev  təsdiq edib: “Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”.

Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR