• Bakı 23° C

    7.15 m/s

Qüllədəki ziyarətçilər təxliyə edildi

DÜNYA

26 Iyun 2023 | 22:43

Qüllədəki ziyarətçilər təxliyə edildi

Moskvada Ostankino teleqülləsinin ziyarətçiləri bomba təhlükəsi səbəbindən təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

"Hazırda təhlükəsizlik məqsədilə Ostankino qülləsinə gələn bütün ziyarətçilər təxliyə edilib", - məlumatda deyilir.

Təcili yardım xidmətləri və kinoloqlar hadisə yerindədir.

Ötən ilin fevralında Ostankino televiziya mərkəzində və Ostankino qülləsində partlayış təhlükəsi barədə iki dəfə: fevralın 8-də və 27-də məlumat verilib. Hər iki dəfə də xəbərlər təsdiqlənməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026