• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Ququş şahçıların kampaniyasına qarşı çıxdı

MƏDƏNİYYƏT

29 Yanvar 2023 | 11:58

Ququş şahçıların kampaniyasına qarşı çıxdı

Əslən azərbaycanlı olan və ABŞ-da yaşayan tanınmış müğənni Ququş Rzanın Pəhləvinin xeyrinə başladılan "Mən vəkalət verirəm" kampaniyasına qarşı çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı müğənni Tehran rejiminə həqiqi müxalif olanların vəkalət verməyə ehtiyac duymadıqlarını bildirib.

"Yazdım ki, yadigar kimi qalsın. Bu ana qədər xalqın sözü, şüarları nə olub? “Qadın, həyat, azadlıq” və “İslam Respublikasına ölüm”. Bu, nə yeni həştəq, nə də mənim mühacirətdə olan bir sənətçi kimi kiməsə vəkalət verməyimi tələb edir. İran hökumətinə həqiqi müxaliflərinin heç birinin vəkilə ehtiyacı yoxdur. Bu qatarın hara getdiyini hələ də bilmirəm, ancaq mənim hədəfim azadlıqdır. Gəlin bu yolda yoldaş olaq", - Ququş bildirib.(kult.az)


SON XƏBƏRLƏR