• Bakı C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Qurbanlıqlar neçəyədi? Satan da narazıdı, alan da...-REPORTAJ

REPORTAJ

14 Iyun 2024 | 17:31

Qurbanlıqlar neçəyədi? Satan da narazıdı, alan da... -REPORTAJ

İslam dünyasında ən müqəddəs bayramlardan biri olan Qurban bayramına sayılı günlər qalıb.

Bakıvaxtı.az xatırladır  ki, Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunacaq.

Qurban bayramı günü namazdan sonra müsəlmanlar heyvan kəsərək, kəsdikləri qurban ətini yoxsullara paylayırlar. 

Bəs görəsən bayrama 2 gün qalmış bazarlarda vəziyyət necədir?

Bu sualı əsas tutaraq Bakıvaxtı.az olaraq Nəsimi rayonunda yerləşən heyvan kəsim məntəqəsinə üz tutduq.

Bazardakı müşahidələrimiz zamanı alıcıların sayının az olması diqqətimizi çəkdi.

Qəssaba yaxınlaşaraq qurbanlıqların qiyməti ilə bağlı məlumat aldıq.

Onun sözlərinə görə, çəkisi 15 kq-dan yuxarı olan heyvanın 1 kq-ımın 18 manata, 15 kq-dan aşağı olan heyvanın isə 19 manata satılır.

Satıcı bildirdi ki, qiymət artımı Qurban bayramı ilə bağlıdır.

Alıcıların niyə az olması ilə maraqlanırıq. Qəssab deyir ki, alıcılar adətən ya bayrama 1 gün qalmış, ya bayram günü gəlirlər.

Satıcılar qiymətlərin bayramdan sonra düşəcəyini desələr də, alıcıların buna ümidi yoxdur.

Belə ki, alıcı qiymət artımından narazı olduğunu dedi:

-Qiymətlər adi günlərlə müqayisə yüksəkdir. Amma yüksək də olsa, qurbanlıq əhdim olduğundan məcbur aldım.

Kənan Rzayev adlı alıcı ilə satıcıların bayram günlərindən istifadə edərək süni şəkildə qiymətləri qaldırdığını vurğuladı.

Vaqif Əsədov isə digər ərzaqların qiymətləri ilə müqayisə ediləndə, qurban ətlərinin qiymətinin qalxmasını normal hesab etdiyini bildirdi.

Qurban bayramı münasibətilə hər kəsi təbrik edirik. Allah kəsilən bütün qurbanları qəbul etsin.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Dekabr 2024