• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir

CƏMİYYƏT

19 May 2025 | 14:32

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən yollar əsaslı təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmirinə start verib.

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 26,7 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir., onların eni 10 metrə qədər genişləndirilir.

12 km hissəsi yararsız asfalt, 14.7 km hissəsi isə çınqıl örtüklü olan yollarda hazırda torpaq işləri, hamarlanma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür.

Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.

Layihə çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də nəzərdə tutulub.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.


SON XƏBƏRLƏR