• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Quterreş Misirə gedəcək

DÜNYA

17 Oktyabr 2023 | 17:36

Quterreş Misirə gedəcək

BMT-nin Baş katibi Antoniu Quterreş Qəzza zolağındakı humanitar böhranı oktyabrın 18-də Misirdə Prezident Abd əl-Fəttah əs-Sisi ilə müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Financial Times” yayıb.

Bildirilib ki, Qəzza zolağının şimalından yüzminlərlə sakin öz evini tərk edərək cənub bölgəsinə köçür. Misir ABŞ-ni və Avropanı Qəzzada yaranmış böhranı həll etməyə çağırıb.

Məlumata görə, Misirin xarici işlər naziri Sameh Şükrü xəbərdarlıq edərək deyib ki, məcburi yerdəyişmə Fələstin böhranının həlli deyil: “Siz istəyrsiniz ki, biz 1 milyon insanı qəbul edək? Onda mən onları Avropaya göndərməyə hazırlaşıram. Siz insan hüquqlarının qayğısına daha yaxşı qalırsınız. Odur ki, onları da qəbul edin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR