"Real"ın üç futbolçusu Çempionlar Liqasında "Mançester Siti" ilə matça qədər zədədən qayıdacaqlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti La Liqanın 24-cü turunda "Osasuna"ya qarşı matçdan öncə keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis müdafiəçiləri Antonio Rüdiger, Lukas Vaskes və David Alabanın növbəti həftə komanda ilə məşqlərə qoşulacaqlarını bildirib.
Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı yanvarın 20-si, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk görüş Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Osasuna" - "Real" matçı isə sabah Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək. /qol.az