• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Regekampf “Neftçi”dən gedir

İDMAN

19 Iyun 2023 | 09:56

Regekampf “Neftçi”dən gedir

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yolları ayıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt klubu 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətindədir.

Rumıniyalı çalışdırıcı bunun üçün 100 min avro təzminat tələb edir. “Neftçi” isə məbləği aşağı salmağı düşünür.

Tərəflərin tezliklə ortaq məxrəcə gələcəyi bildirilir. Bakıdakı mənzilini boşaldan Regekampf artıq yeni iş axtarmağa başlayıb. Məlumata görə, o, “Styaua” prezidenti Cici Bekali və “Universitatya Krayova”nın sahiblərindən Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif edib.

Keçən ilin yayından “Neftçi”ni çalışdıran Laurentsiu Regekampfın klubla 2024-cü ilin yayınadək müqaviləsi var. Onun gedişindən sonra komandanın türkiyəli Sergen Yalçına tapşırılacağı iddia edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026