• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Rəsmi Moskva Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir" - Peskov

SİYASƏT

07 Aprel 2022 | 13:56

"Rəsmi Moskva Bakı-İrəvan görüşünü müsbət qiymətləndirir" - Peskov

“Rəsmi Moskva Bakı ilə İrəvan arasında Brüsseldə keçirilən danışıqları müsbət dəyərləndirir”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Azərbaycan və Ermənistan liderlərinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqlara başlamağı tapşırmasını şərh edən Kreml rəsmisi söyləyib ki, bu uzun sürən prosesdir: “Bunun çox uzun proses olduğu aydındır. Ancaq belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026