"Şərqi Avropa ölkələri orduları Rusiya ilə mümkün hərbi münaqişəyə hazır deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu, "Reuters" Agentliyinin məlumatında yer alıb.
Agentliyin məlumatına görə, Şərqi Avropa ölkələri ordu yığmaqda çətinlik çəkir:
"Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Çexiya hərbi kadrların qəbulu ilə bağlı problemlər yaşayır. Praqa bir neçə ildir ki, orduya cəlbolunma hədəflərinə nail ola bilmir. Həmçinin qoşun sayını saxlamaqda çətinlik çəkir. Çexlər 2021-ci ildə hərbi personalın cəlb edilməsi planını cəmi 56%, 2022-ci ildə isə 85% yerinə yetiriblər".
Gülşən Şərif