• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rövşən Muradov da vəzifəsindən AZAD EDİLDİ

SİYASƏT

24 Sentyabr 2024 | 12:20

Rövşən Muradov da vəzifəsindən AZAD EDİLDİ

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.

Qeyd edək ki, Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələri təsdiqləyib.

Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR