• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Roza Zərgərli: “Müğənni olduğuma görə atam 5 il...” - VİDEO

MƏDƏNİYYƏT

23 Avqust 2022 | 17:33 | Müəllif: Subhan Mahmudov

Roza Zərgərli: “Müğənni olduğuma görə atam 5 il...” - VİDEO

"Müğənni oldum deyə beş il atam mənimlə danışmadı".

Bakıvaxtı.az bizim mediaya istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu "Tam vaxtıdır" gecə şousunda deyib.

Ailə üzvlərinin "ağır təbiətli" olduğunu söyləyən sənətçi, bir müğənni həmkarının söylədiyi fikirlərindən sonra atasının Rozadan beş il üz döndərdiyi bildirib.

"Bir sənət yoldaşım var. İndi eyni yaşdayıq. Çıxıb maqazin verilişlərində deyirdi ki, "Sponsor hesabına işlər görürəm". Ailəm ziyalıdır, ağır xasiyyətlidirlər. Əmilərim, dayılarım, qardaşlarım yığışıb məclis keçirəndə, kişilər qulluq edirlər.

Qadınlar qulluq etmirlər. Biz belə ailəyik. Baxmayaraq ki, mən deyib-gülən, zarafatlaşan, müassir insanam.

Lakin ailəm başqa düşüncəyə sahibdirlər. Məhz o xanım müğənninin sponsor haqda söylədiyi fikirlərə görə, üstümdən xətt çəkib, beş il atam məni dindirmədi. Hətta rayona belə gedə bilmədim. Atam söylədi ki, mənim sənin kimi övladım yoxdur. Amma indi mənə dəstək verir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR