• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Rusiya amerikalı jurnalistin həbsini uzatdı

DÜNYA

28 Noyabr 2023 | 11:23

Rusiya amerikalı jurnalistin həbsini uzatdı

Moskvanın Lefortovo məhkəməsi “The Wall Street Journal”ın (WSJ) jurnalisti, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 2024-cü ilin yanvar ayının sonuna qədər uzadıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin Mətbuat xidməti yayıb. 

Xatırladaq ki, Qerşkoviç mart ayında casusluqda ittiham edilərək Yekaterinburq şəhərində saxlanılıb və daha sonradan Moskvada həbs edilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, 32 yaşlı jurnalist ABŞ-nin göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024