Xəbər verdiyimiz kimi, Ukrayna qüvvələri aylardır Rusiyanın hücumuna qarşı müdafiə etdikləri Ukraynanın Donetsk vilayətinin Adeyevka şəhərini ruslara təslim ediblər.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, şəhərin ələ keçirilməsindən sonra ölü tapılan altı əsgərin qohumları onların təslim olduqdan sonra edam edildiyini bildiriblər.
Ukrayna hakimiyyət orqanları məsələ ilə bağlı araşdırma aparır.
Rəsmi Moskva hələ ki, ittihamlara münasibət bildirməyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeyenka uğrunda gedən döyüşlərdə 1500-dən çox hərbçisi həlak olub.
Günəş Mərd
















