• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Rusiya-Çin sazişləri Qərbin maraqlarını hədəf alır

DÜNYA

25 Noyabr 2025 | 14:33

Rusiya-Çin sazişləri Qərbin maraqlarını hədəf alır

Yaxın Şərq son illər regional güclər arasında gərginliklərin, münaqişələrin və rəqabətlərin mərkəzi olub.

Lakin 2025-ci ildə İran və Səudiyyə Ərəbistanı arasında normallaşma xəttinin genişlənməsi bölgənin təhlükəsizlik arxitekturasında yeni mərhələ yaradır. Tərəflərin iqtisadi əməkdaşlıq formatları qurması və gərginliklərin idarə olunması üçün ortaq mexanizmlər yaratması prosesin gələcəyi ilə bağlı müxtəlif suallar doğurur.

Yaxın Şərqdə İran-Səudiyyə normallaşması fonunda formalaşan bu yeni təhlükəsizlik memarlığı uzunmüddətli “regionun sakitləşməsi” deməkdirmi, yoxsa yalnız tərəflərin cari maraqlarına söykənən “taktiki, müddətli razılaşma” kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki,ümumiyyətlə dövlətlərarası sazişlərin iqtisadi yönü ilə yanaşı həm də siyasi, təhlükəsizliyinin təmini məsələləri var. Onun sözlərinə görə, qlobal bazar şərtlərinin doğurduğu zəruri tərəfdaşlıq amili kimi təqdim olunsa da, əslində Çinlə Rusiya arasında imzalanan 10 illik çərçivə sazişi siyasi xarakter daşıyır.

Tural İrfan: ABŞ-nin Çinə qarşı rəqib tutumu Çini Rusiya ilə yaxınlaşdırır

Onun sözlərinə görə, xüsusən Ukrayna müharibəsində Qərbin Rusiya ilə qarşı-qarşıya gəlməsi onun Çinə, Şimali Koreyaya, İrana daha da yaxınlaşmasını meydana gətirdi:

“Enerji sahəsində, habelə təhlükəsizlik sahəsində Çinlə sazişin bağlaması əsasən Qərbdən ehtimal olunan təhlükəyə qarşıdır. Rusiya müttəfiqləri ilə Qərbə qarşı cəbhəsini möhkəmləndirir. İqtisadi, ticari əlaqələri ilə paralel siyasi, hərbi, enerji və təhlükəsizlik sahələrində də yeni sazişlər bağlayır".

Politoloq qeyd edib ki, Avropanın Rusiyadan hələ də neft alması və digər münasibətlərinin davam etməsini irad bildirən ABŞ-nin də Ukrayna məsələsində ciddi müdaxiləsi yoxdur. Belə olduğu halda Avropa ilə ABŞ-nin koordinasiyasız, ziddiyyətli mövqeyi Rusiya üçün boşluq, imkanlar və şərait yaradır ki, Çinlə daha da yaxınlaşsın.

Müsahibimizin fikrihncə, Tramp administrasiyasının Çinə qarşı rəqib tutumu Çini də Rusiya ilə sıxlaşmağa məcbur edir:

"Təbii ki, Rusiya ilə Çinin bu cür sazişlər bağlaması Qərbin maraqlarını hədəf alır. Ona görə də Qərb mediasındakı narahatlıq anlaşılandır. Bu sazişindən doğacaq təhlükələrə və digər reallıqlara qarşılıq olaraq yaxın vaxtlarda Avropa İttifaqına üzv ölkələrin də müəyyən addımlar atacağı gözlənilir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR