• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparıldı

DÜNYA

21 Sentyabr 2022 | 21:04 | Müəllif: Subhan Mahmudov

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparıldı

Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi çərçivəsində on hərbi əsirin azad edilməsi üçün vasitəçilik səyləri uğurlu olub.

"Azad edilən hərbi əsirlər arasında Mərakeş, ABŞ, Böyük Britaniya, İsveç və Xorvatiya vətəndaşları var.

Səudiyyə Ərəbistanının müvafiq orqanları əsirləri Rusiyadan təhvil alıb və onların öz ölkələrinə təhlükəsiz qayıtması üçün prosedurları həyata keçirir", XİN-in məlumatında qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026