• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb - YENİLƏNİB

DÜNYA

31 May 2024 | 14:49

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb - YENİLƏNİB

Daha 75 ukraynalı Rusiya əsirliyindən geri qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında paylaşıb.

Ptezident Zelenski bildirib ki, onların arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın hərbçiləri, sərhədçilər və dörd mülki şəxs var.

"Onların hamısı artıq öz doğma torpaqlarındadır", Zelenski bildirib.

    ***

    14:30

    Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşılıqlı olaraq 75 hərbi əsir dəyişdirilib.

      "Əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 75 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi əsiri təhvil verilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

      MN-dən o da bildirilib ki, Birləşmiş Ərəb Əmirlikliləri Rusiya hərbi əsirlərinin qaytarılmasında humanitar vasitəçilik edib.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      25 Noyabr 2026