• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya qırıcıları İdlibi bombaladı - Ölən və yaralananlar var

DÜNYA

11 Noyabr 2021 | 17:09

Rusiya qırıcıları İdlibi bombaladı - Ölən və yaralananlar var

Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

Bakıvaxtı.az “A Haber”ə istinadən xəbər verir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlibə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026