• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Ukrayna anbarlarını vurdu

DÜNYA

15 May 2023 | 14:02

Rusiya Ukrayna anbarlarını vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus strateji məntəqələrin və sursat anbarlarının "Smerç" reaktiv yaylım atəşi sistemləri ilə vurulduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, hədəflərin koordinatları müəyyən edildikdən sonra Mərkəzi Hərbi Dairənin Smerç MLRS ekipajı döyüş meydanına keçib. Atış mövqeyini tutan əsgərlər 20 km-dən artıq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurublar.

Bildirilib ki, BM-30 “Smerç” tipli reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu hücumda Ukraynanın logistika obyektləri, strateji məntəqələri və silah-sursat anbarları vurulub. Hücumun gecə-gündüz həyata keçirildiyi də bildirilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR