Rusiya müharibənin 1086-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 43 247 PUA-sı, 592 zenit-raket kompleksi, 21 314 tank və digər zirehli texnikası, 1 515 reaktiv yaylım atəş sistemi, 21 627 artilleriya və minaatanı, 31 528 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.