• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyada 6 alpinist hündürlükdən yıxılaraq öldü

DÜNYA

05 Sentyabr 2022 | 01:15

Rusiyada 6 alpinist hündürlükdən yıxılaraq öldü

Rusiyanın Kamçatka yarımadasındakı Klyoçevskaya Sopka vulkanına dırmaşan 12 nəfərlik alpinist qrupundan 6 nəfər hündürlükdən yıxılaraq həyatını itirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-si bələdçi olan 12 nəfərdən 3-ü 3300 metr hündürlükdə qurulan düşərgədə qalıb və yürüşü dayandırıb.

4150 metr hündürlükdə qayadan yıxılan alpinistlərdən 5-i həyatını itirib, 4-ü isə yaralanıb.

Xəstəxanaya aparılarkən huşsuz vəziyyətdə xilas edilən daha bir alpinistin ölümü ilə hadisədə ölənlərin sayı 6-ya yüksəlib.

Alpinistlərdən 5-nin Rusiya Turizm Nazirliyində qeydiyyatda olduğu, lakin digərlərinin lisenziyasının olmadığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR