• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada DİN-in bu idarəsinin rəisi saxlanıldı

DÜNYA

23 Iyul 2024 | 10:17

Rusiyada DİN-in bu idarəsinin rəisi saxlanıldı

Altay diyarında Rusiya Daxili İşlər Nazirliyinin Biysk üzrə Bələdiyyələrarası İdarəsinin rəisi vəzifəsini icra edən Sergey Eqanyan məlumat bazalarından məlumat verdiyinə görə saxlanılıb. 

Bakıvaxtı.az  32gun.az-a istinadən bildirir ki, bu barədə "Brief" Telegram kanalı məlumat yayıb. 

Yeqanyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsi (“Kompüter məlumatlarına qanunsuz daxil olma”) ilə ittiham olunur.

İstintaqın məlumatına görə, polis əməkdaşı öz tanışına departament sistemlərinin müxtəlif federal və regional məlumat banklarından məxfi məlumat verib. Yeqanyan messencer vasitəsilə dostuna bəzi Rusiya vətəndaşları haqqında məlumat göndərib.

Bildirilir ki, Yeqanyan indiki vəzifəsinə ötən ilin iyulunda təyin edilib. Həmin şəxs 2004-cü ildən Daxili İşlər Nazirliyində çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026