• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada “gündəlik ən yüksək” ölüm

CƏMİYYƏT

22 Oktyabr 2021 | 18:01

Rusiyada “gündəlik ən yüksək” ölüm

Rusiyada yeni növ koronavirus (Kovid-19) epidemiyası başlayandan bəri "gündəlik ən yüksək" yoluxma sayı və virusdan ölüm halları qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 37141 nəfərdə virus aşkarlandığı üçün epidemiyanın başlanmasından bu yana ən çox gündəlik yoluxma hadisəsi baş verib.

Epidemiyanın başlanğıcından bəri ən yüksək gündəlik həyat itkisinin qeydə alındığı ölkədə son 24 saatda Kovid-19-dan 1064 nəfər həyatını itirərkən, indi 228 min 453 nəfər virus səbəbilə həyatını itirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR