• Bakı 22° C

    6.12 m/s

Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxılıb

GÜNDƏM

29 Avqust 2021 | 21:37 | Müəllif: Subhan Mahmudov

Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxılıb

Rusiyada saxlanılan azərbaycanlı prodüser Anar Raibanda qarşı irəli sürülən bütün ittihamlar geri götürülüb.

Bu barədə onun vəkili Sergey Vasilyev məlumat verib.

Xatırladaq ki, dünən saxlanılan prodüser miqrasiya rejimini pozmaqda ittiham olunub. O, Rusiyaya turist kimi gəlib, lakin təşkilati fəaliyyətlə məşğul olub.

“Rammstein” alman rok-qrupunun solisti Till Lindemannın prodüseri olan azərbaycanlı Tver şəhərində ifaçının konsertini təşkil etmək istəyib. Lakin Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri Lindemanna koronavirus səbəbiylə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlərə riayət edilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər.

Mənbə: Ren TV


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026