"Podolskda tikinti sahəsinə basqından sonra 50-dən çox miqrant Rusiyadan çıxarılacaq".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tatyana Petrova deyib.
Onun sözlərinə görə, polis əməkdaşları Rusiya Milli Qvardiyasının dəstəyi ilə Borisovka kəndində tikilməkdə olan yaşayış kompleksinin ərazisini yoxlayıb. Nəticədə qonşu ölkələrdən olan 218 miqrant inzibati məsuliyyətə cəlb edilib.
Reyd zamanı 93 miqrantın patentsiz işlədiyi, 127 nəfərin qalma müddəti bitdikdən sonra Rusiyanı tərk etməkdən yayındığı məlum olub. 56 miqrantın isə Rusiyadan çıxarılması ilə bağlı qərar qəbul olunub.
Gülşən Şərif















