2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Frank RG” analitik şirkəti Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb.
Bildirilib ki, transfertlərin həcmi ötən illə müqayisədə yarıdan çox azalaraq, 608 milyon dollardan 287,1 milyon dollara düşüb.