• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyanın neftdən qazandığı gəlirlər 2 dəfə azaldı

İQTİSADİYYAT

04 Mart 2023 | 14:48 | Müəllif: Subhan Mahmudov

Rusiyanın neftdən qazandığı gəlirlər 2 dəfə azaldı

Qərbin Rusiyaya qarşı xam neft və neft məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin qüvvəyə minməsindən sonra ölkənin bu sahədən qazandığı büdcə gəlirləri bu ilin fevralında 2 dəfəyə qədər azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ötən ay neft və qazdan vergi daxilolmaları illik müqayisədə 46% azalaraq 521 milyard rubla (6,91 milyard dollar) düşüb.

"Blumberq" nəşri hesab edir ki, keçən ay enerji vergisi daxilolmalarının üçdə ikisindən çoxunu təşkil edən xam neft və neft məhsullarından əldə edilən gəlirlər 48% azalaraq 361 milyard rubl olub.

Azalmalar Rusiyanın əsas ixrac növü olan "Urals" markalı neftin qiymətinin düşməsindən sonra baş verib.

Xatırladaq ki, Rusiyadan xam neft və neft məhsullarının idxalına Avropa Birliyi qadağa qoyub, G7 isə qiymət tavanı tətbiq edib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR