• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ryabkov: "Muzdluların Rusiyaya hücumlarda iştirakı yolverilməzdir"

DÜNYA

02 Sentyabr 2024 | 11:38 | Müəllif: Gülşən Şərif

Ryabkov: "Muzdluların Rusiyaya hücumlarda iştirakı yolverilməzdir"

"Amerikalı muzdluların Rusiya ərazisinə hücumlarda iştirakı qəbuledilməzdir".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkovun sözlərinə görə, bu, davamlı olaraq, müxtəlif istiqamətlərdə və bu cür təmasların aparıldığı bütün səviyyələrdə həyata keçirilir.

Qeyd edək ki, avqustun 26-da ABŞ-nin keçmiş əsgəri "ABC News" telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunda iştirakından danışıb. Muzdlu əsgərin sözlərinə görə, ona və digər həmkarlarına snayper əməliyyatına kömək etmək üçün Rusiya bölgəsinə daxil olmaq əmri verilib, lakin hücum zamanı hökm sürən xaos səbəbindən bunu həyata keçirmək mümkün olmayıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026