• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Sabiq baş nazir ölkəsinə qayıtmaq niyyətindədir

DÜNYA

09 Avqust 2024 | 09:10

Sabiq baş nazir ölkəsinə qayıtmaq niyyətindədir

Banqladeşin sabiq baş naziri Şeyx Hasina başqa ölkələrə sığınmayacaq və müvəqqəti hökumət ölkədə seçkilərin keçirilməsinə qərar verdiyi zaman vətəninə qayıdacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun oğlu Sacib Vazed Coy məlumat verib. Onun sözlərinə görə, anasının siyasi sığınacaq istəmək fikri yoxdur.

"O, hazırda Hindistandadır, müvəqqəti hökumət ölkədə seçkilər keçirmək qərarına gələn kimi Banqladeşə qayıdacaq”, - "The Times of India" qəzeti yazır.

O, həmçinin, Hindistanın baş naziri Narendra Modiyə anasının həyatını xilas etdiyinə görə təşəkkür edib.

Qeyd edək ki, sabiq baş nazir Şeyx Hasina avqustun 5-də istefa verərək Banqladeşi tərk etmiş və elə həmin gün Hindistana uçmuşdu.

Onun Böyük Britaniyadan sığınacaq istədiyi bildirilirdi.


SON XƏBƏRLƏR

06 Sentyabr 2024