Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Mersedes” və “Şevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Hadisə saat 13 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində Arzuman Məzahir oğlu Süleymanov və Zaur Xudayar oğlu Mədətov həlak olublar. Ağır xəsarət alan şəxs - 1996-cı il təvəllüdlü Elməddin Ağazadə oğlu Mustafayev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















