• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şahbaz Şərif Şuşaya getmək istəyir, amma... - YENİLƏNİB

SİYASƏT

24 Fevral 2025 | 20:56

Şahbaz Şərif Şuşaya getmək istəyir, amma... - YENİLƏNİB

"Zati-aliləri, Pakistan həmişə Azərbaycanı Qarabağ məsələsində dəstəkləmişdir və əlhəmdülillah, Sizin baxışınız, cəsarətiniz və qətiyyətli qərarlarınız bu bölgədə sülhə gətirib çıxardı". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.

"Sabah mən Füzuliyə, ondan sonra isə dağlara, Şuşaya getməli idim. Lakin düşünürəm ki, mən qarın yağması ilə bir növ soyuq havanı dünən axşam hiss etdim. Biz belə qərara gəldik ki, yayda sizin gözəl ölkənizə konfransda iştirak etmək üçün gələcəyik, ikinci evimizə yenidən səfər edəndə biz birlikdə oranı ziyarət edəcəyik və Sizin möhtəşəm nailiyyətinizi yüksək dəyərləndirəcəyik", - deyə Şərif vurğulayıb. 

 

14:47

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb.

"Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik",-deyə Baş nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR