• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şahin Mustafayev və Mher Qriqoryan bu ərazidə görüşəcək

GÜNDƏM

21 Iyul 2023 | 09:54

Şahin Mustafayev və Mher Qriqoryan bu ərazidə görüşəcək

Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”nın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.

“Tərəflərin qarşılıqlı razılığına əsasən görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.

Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR