• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Salyanda maskalı şəxslər evlərə basqın edib

CƏMİYYƏT

26 Avqust 2022 | 09:45 | Müəllif: Subhan Mahmudov

Salyanda maskalı şəxslər evlərə basqın edib

Salyanda maskalı şəxslər evlərə basqın edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edilib ki, rayonun Yenikənd kənd sakinləri qarətçilərin hücumuna məruz qalıblar: "Məktəb direktoru, market sahibi, mal-qarasını yenicə satmış kənd sakini və daha bir neçə şəxs çağırılmamış "qonaqlar"ın hədəfinə çevriliblər".

Məlumatda iki nəfərin xəsarət aldığı da bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb: "Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026