• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sədərək Ticarət Mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

02 Iyun 2022 | 13:25 | Müəllif: Subhan Mahmudov

Sədərək Ticarət Mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA

“Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır.

“Ticarət mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir”, - deyə Mikayıl Qədimov bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026