• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Səfir İrəvanda yol qəzasına düşdü

DÜNYA

20 May 2022 | 11:33

Səfir İrəvanda yol qəzasına düşdü

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo yol qəzasına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” İtaliya səfirliyinə istinadən məlumat yayıb.

Hadisə İrəvanda Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib. “Mercedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.

Səfir “Nairi” tibb mərkəzinə yerləşdirilib.

Ermənistan Polisinin mətbuat xidmətindən yol qəzasında xəsarət alan şəxsin kimliyi barədə məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, “Audi”nin 57 yaşlı sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026