• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şəhid övladı tibb mərkəzində QIZILCAYA YOLUXDU

CƏMİYYƏT

09 Dekabr 2023 | 13:00

Şəhid övladı tibb mərkəzində QIZILCAYA YOLUXDU

"Şəhid Rahim Tağıyevin övladı, gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb...".  

Bakıvaxtı.az xəbər verir ki, bunu “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevic Orucova " Facebook"da yazıb. 

Onun sözlərinə görə, şəhid övladı tam sağalmamış evə buraxılıb. 

"Övladımız Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş.Deməli, bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərini klinikada yoluxursan...Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ki, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik... Şəhid xanımı nə etməli? Bu necə səhiyyə sistemidir?

Bu millətin qəsdinə durmusuz? TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil...".  


SON XƏBƏRLƏR

26 Iyul 2024